Azərbaycanın OPEC üzrə öhdəliyi 123 min barrel həcmində qalacaq

17:15 - 16.03.2021


16 mart, Fineko/abc.az. 2021-ci ilin fevral ayında Azərbaycan üzrə gündəlik neft hasilatı 741 min barrel olub.

Energetika Nazirliyindən ABC.AZ-a daxil olan məlumata görə, bunun 593 min barrelini xam neft, 148 min barrelini isə kondensat təşkil edib.

Qeyd edək ki, “OPEC plus” ölkələri nazirlərinin 13-cü və 14-cü iclaslarında gündəlik xam neft hasilatı üzrə mövcud kvotaların fevral, mart və aprel aylarında davam etdirilməsi ilə bağlı razılaşma əldə edilib.

Qərarlara əsasən, Azərbaycanın qeyd edilmiş dövr üzrə öhdəliyinin yanvar ayında olduğu kimi 123 min barrel həcmində qalacağı nəzərdə tutulub.

Gündəlik xam neft hasilatı isə 595 min barrel səviyyəsində saxlanılacaq.