Neft bahalaşır, Brent bir barelə $69,87 təşkil edir

15:11 - 12.03.2021


12 mart, Fineko/abc.az. Cümə günü keçirilən ticarət zamanı neft qiymətləri artır.

Saat 14:41-də London ICE Futures birjasında keçirilən ticarət zamanı Brent markalı neftin may fyuçersləri bir barelə $0,24 (0,34%), $69,87 səviyyəsinə yüksəldi. Martın 11 – də keçirilən ticarət nəticələrinə görə, may ayına olan Brent fyuçersi $1,73 (2,55%) - bir barelə $69,63-ə yüksəldi.

Dow Jones məlumatında görə, Brent markalı neft cümə axşamı 2019-cu ilin may ayından etibarən ticarətin bağlanmasına doğru maksimum həddə çatıb.

Saat 14:41-də Nyu-York əmtəə birjasda (NYMEX) WTI-nin aprel fyuçersinin qiyməti 0,14 (0,21%) artaraq barel başına $66,16-a qədər yüksəlib. Martın 11-də ticarətin nəticələrinə görə, aprel ayına olan fyuçers $1,58 (2,45%) - barel başına $66,02-ə yüksəldi.