10:25 - 12.03.2021
12 mart, Fineko/abc.az. Xəbər verdiyimiz kimi Prezident İlham Əliyev martın 11-də Avropa Yenidənqurma və İnkişaf Bankının yeni prezidenti Odil Reno-Bassonu və bankın rəhbərliyinin digər nümayəndələrini videoformatda qəbul edib.
ABC.AZ-ın məlumatına görə, qəbul zamanı dövlət başçısı bir sıra vacib məsələlərə toxunub.
İ.Əliyev qeyd edib ki, Ermənistan Azərbaycan münaqişəsinin və müharibənin faktiki sonu olan bəyanatın imzalanmasından yalnız dörd ay keçməsinə baxmayaraq, biz artıq işlərə başlamışıq.
"Biz indi beynəlxalq hava limanı tikirik, avtomagistrallar tikirik, dəmir yolu xətlərini inşa edirik, artıq başlamışıq. Bu ilin sonuna kimi bütün Qarabağ ərazisi üçün demək olar ki, enerji təchizatını 100 faiz tamamlamağı planlaşdırırıq və bizim bir çox başqa planlarımız da var" deyə Prezident vurğulayıb.
3 Avqust 2026
3 Avqust 2026
1 Avqust 2026
1 Avqust 2026