14:30 - 11.03.2021
11 mart, Fineko/abc.az. Son illər Azərbaycanda hotelçilik sahəsində kifayət qədər işlər görülüb.
ABC.AZ-ın məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında Azərbaycan Turizm Bürosunun Baş icraçı direktoru Florian Zenqstşmid deyib.
O qarşıdakı əsas məqsədlərini də açıqlayıb: "Məqsədimiz 3 istiqamət üzrə yönəlib. Birincisi hotellərin təbliğatı, ikincisi keyfiyyəti artırmaq və üçüncüsü rəqabətqabiliyyətliliyi artırmaqdır.Bu addım ölkənin qonaqpərvərlik sənayesinə müsbət təsir edəcək, eləcə də turistlərə daha keyfiyyətli xidmətlərin göstərilməsinə şərait yaradacaq".
Müəllif: Elmir Murad
8 Avqust 2026
8 Avqust 2026
7 Avqust 2026