15:13 - 5.03.2018
5 mart, Fineko/abc.az. Azərbaycanın Maliyyə Bazarlarına Nəzarət Palatası (FIMSA) 31 yanvar 2018-ci il tarixinə ölkənin bank sektorunun fəaliyyətinin yekunlarını açıqladı.
Hesabata əsasən, Azərbaycanda fəaliyyət göstərən bankların cəmi aktivləri 28169,7 mln. manat, cəmi öhdəlikləri isə 24 367,9 mln. manat təşkil etmişdir.
“Sektorun məcmu kapitalı 3 801,8 milyon manat, əhalinin əmanətləri 7 482,5 milyon manat təşkil etmişdir. Yanvar ayında bankların aktivləri 0,9% və ya 249 milyon manat, öhdəlikləri 0,6% və ya 156 milyon manat, kapital 2,5% və ya 93 milyon manat artmışdır”, - hesabatda belə deyilir.
Fəaliyyət göstərən 30 bankın filiallarının sayı 511, şöbələrinin sayı 142, ATM-lərin sayı 2,439 olmuşdur. Bütövlükdə, bank sektorunun işçi heyəti 16,207 nəfər təşkil etmişdir.
30 Oktyabr 2026
30 Oktyabr 2026
30 Oktyabr 2026
30 Oktyabr 2026
30 Oktyabr 2026
30 Oktyabr 2026
30 Oktyabr 2026
30 Oktyabr 2026
30 Oktyabr 2026
30 Oktyabr 2026
30 Oktyabr 2026
30 Oktyabr 2026