Qızıl 6 dollardan çox ucuzlaşdı – Birja

10:04 - 10.03.2021


10 mart, Fineko/abc.az. Dünya birjalarında satılan qızıl və gümüşün qiyməti açıqlanıb.

ABC.AZ-ın məlumatına görə, sonuncu hərraclarda qızılın unsiyasının qiyməti 6,50 ABŞ dolları ucuzlaşaraq 1 710,40 dollara ticarət olunub.

Gümüşün unsiyasının qiyməti isə 0,33 dollar azalaraq 25,85 dollara satılıb.