08:00 - 31.08.2026
31 avqust, Fineko/abc.az. Gürcüstan Milli Bankının 2026-cı ilin iyul ayı üzrə dərc etdiyi məlumatlara əsasən, ölkənin bank sektorunda Rusiya rublu ilə yerləşdirilən depozitlərin həcmi 98,6 milyon lariyə (təxminən 3,1 milyard rubl) çatıb.
Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 48%, 2026-cı ilin iyun ayı ilə müqayisədə isə 33% çoxdur. Gürcüstan banklarında rubl əmanətlərinin kəskin artım dinamikası 2022-ci ilin iyul ayından başlayıb. Bu göstərici üzrə tarixi pik səviyyə 2025-ci ilin martında (121 milyon lari) qeydə alınıb, daha sonra müəyyən enmə müşahidə olunsa da, hazırda yenidən artım trendinə keçib.
Qeyd edək ki, rubl əmanətləri Gürcüstanın ümumi bank depozitləri portfelinin cəmi 0,13%-ni təşkil edir.
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
31 Avqust 2026
1 Sentyabr 2026
1 Sentyabr 2026
1 Sentyabr 2026