FED sədrinin açıqlamaları qızıl qiymətlərini 4 400 dolların altına salıb

10:42 - 31.08.2026


31 avqust, Fineko/abc.az. ABŞ Federal Ehtiyat Sisteminin (FED) sədri Kevin Uorşun Cekson-Houlda inflyasiya ilə mübarizəni ön plana çəkən sərt çıxışından sonra qızılın bir unsiyasının qiyməti 4 400 dollardan aşağı düşüb.

FED rəhbərinin 2%-lik inflyasiya hədəfinin dəyişməz prinsip olduğunu bəyan etməsi sentyabr ayında faiz artımı ehtimalını 50%-dən yuxarı qaldırıb. Bu fonda qızıl ilə yanaşı gümüş, platin və palladual bazarlarında da ucuzlaşma müşahid olunub. "GAMA Asset Management" mütəxəssisləri qızılın yaxın vaxtlarda 4 200 - 4 300 dollar aralığında sabitləşəcəyini ehtimal edirlər.

Buna baxmayaraq, ABŞ Maliyyə Nazirliyinin istiqraz geri alımı proqramı və borc narahatlıqları sayəsində qızıl avqust ayı ərzində ümumilikdə 10%-ə yaxın dəyər qazanaraq ilin ən yaxşı aylıq dinamikasını nümayiş etdirib.