14:59 - 5.03.2018
5 mart, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) bu gün növbəti depozit hərracı keçirib.
AMB-in məlumatında deyilir ki, hərracda 250 milyon manat cəlb edilib.
“Bu zaman hərraca 1 133,3 milyon manat təklif edilmişdir, əqdlər üzrə orta çəkili faiz dərəcəsi isə 8,01% təşkil edib”, - məlumatda belə deyilir.