Valyuta hərracında AMB banklara $46,9 mln. satıb

12:45 - 18.02.2021


18 fevral, Fineko/abc.az. 18 fevral 2021-ci il tarixində Mərkəzi Bankda Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilmişdir.

AMB-nin məlumatında deyilir ki, hərracda tələb 46,9 mln. ABŞ dolları təşkil etmiş və tam təmin edilmişdir.

Hərracda manatın ortaçəkili məzənnəsi 1,70 səviyyəsində formalaşmışdır.