16:10 - 16.02.2021
16 fevral, Fineko/abc.az. Dövlət Statistika Komitəsi bu ilin yanvar ayında əsas kapitala yönəldilmiş vəsaitlərlə bağlı statistik məlumatları açıqlayıb.
ABC.AZ xəbər verir ki, sözügedən dövrdə əsas kapitala yönəldilmiş vəsaitlərin 377,5 milyon manatını və ya 52,1 faizini daxili vəsaitlər təşkil edib.
Sərmayə qoyuluşunun 631,3 milyon manatı və ya 87,2 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.
Əsas kapitala yönəldilmiş vəsaitin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 71,7 faiz, bank kreditləri 16,3 faiz, əhalinin şəxsi vəsaitləri 8,5 faiz, büdcə vəsaitləri 2,7 faiz, digər vəsaitlər isə 0,8 faiz təşkil edib.
29 Avqust 2026
29 Avqust 2026
31 Avqust 2026
29 Avqust 2026
30 Avqust 2026