14:34 - 16.02.2021
16 fevral, Fineko/abc.az. Xəbər verdiyimiz kimi Prezident İlham Əliyev İndoneziyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Hildi Hamidin etimadnaməsini qəbul edib.
ABC.AZ-ın məlumatına görə, görüşdə dövlət başçısı bir sıra məqamlara toxunub.
Prezident qeyd edib ki, münaqişə zamanı hökumətiniz Azərbaycana dəstəyini ifadə edib.
"Biz bunu yüksək qiymətləndiririk. Xarici İşlər Nazirliyi erməni işğalçı qüvvələrin Azərbaycan ərazilərindən dərhal, qeyd-şərtsiz və tam çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasına dəstək olaraq bəyanat verib. Həmçinin ölkənizin parlamenti, parlamentinizin bir çox üzvləri Azərbaycanla həmrəy olduqlarını ifadə etmiş və dəstəyini bildirib" deyə dövlət başçısı qeyd edib.
24 Sentyabr 2026
24 Sentyabr 2026
24 Sentyabr 2026
24 Sentyabr 2026
24 Sentyabr 2026
22 Sentyabr 2026
22 Sentyabr 2026
22 Sentyabr 2026