Azərbaycan və Dominikan Respublikası arasında vizasız rejim tətbiq olunacaq

10:16 - 24.09.2026


24 sentyabr, Fineko/abc.az. BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Dominikan Respublikasının xarici işlər naziri İto Bisono ilə görüşüb.

Görüşdə ikitərəfli münasibətlərin inkişaf perspektivləri, xarici işlər nazirlikləri arasında siyasi dialoqun institusionallaşdırılması və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın gücləndirilməsi məsələləri müzakirə olunub.

Müzakirələrin ardından iki ölkə arasında "Adi pasport sahibləri üçün viza tələbindən qarşılıqlı azad etmə haqqında Saziş" və "Siyasi məsləhətləşmələr mexanizminin yaradılması haqqında Anlaşma Memorandumu" imzalanıb.

Bu yeni sənədlər iki ölkə arasında institusional çərçivənin genişləndirilməsinə və ikitərəfli əlaqələrin daha da möhkəmlənməsinə xidmət edəcək.