15:27 - 15.09.2026
15 sentyabr, Fineko/abc.az. Azərbaycan ilə Türkiyə arasında 2026-cı ilin ilk 8 ayında ticarət dövriyyəsinin həcmi 3,2 milyard dollardan çox olub.
Bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bakıda türkiyəli həmkarı Hakan Fidanla keçirilən birgə mətbuat konfransında bildirib.
Nazir iki ölkə arasında Strateji Əməkdaşlıq Şurası, siyasi məsləhətləşmələr və Hökumətlərarası İqtisadi Əməkdaşlıq Komissiyası kimi xüsusi formatların uğurla fəaliyyət göstərdiyini vurğulayaraq, işğaldan azad edilmiş ərazilərdə Türkiyə şirkətlərinin fəal iştirakını yüksək qiymətləndirib.
Həmçinin humanitar, gənclər və idman sahələrində də əməkdaşlığın genişləndirilməsinə xüsusi önəm verildiyi diqqətə çatdırılıb.
15 Sentyabr 2026
15 Sentyabr 2026
15 Sentyabr 2026
15 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026