11:21 - 1.03.2018
1 mart, Fineko/abc.az. Azərbaycanın Müdafiə Nazirliyi, Silahlı Qüvvələrə Yardım Fondunda martın 1-nə olan vəsaitlərin miqdarı haqqında məlumat verib.
Nazirliyin məlumatına əsasən, 2018-ci ilin martın 1-nə Fondda 89 031 572,82 manat, 213 073,88 ABŞ dolları, 10 436 avro və 5000 rubl həcmində vəsait toplanıb.
1 yanvar 2018-ci il tarixinədək, Fonda 88 008 970,18 manat, 212 873,88 ABŞ dolları, 9 536,0 avro və 5,0 min rubl olmuşdur.
Silahlı Qüvvələrə Yardım Fondu, Azərbaycan prezidentinin 2002-ci il 17 avqust tarixli, 755 nömrəli Fərmanı ilə yaradılmışdır.
27 İyul 2026