16:21 - 11.02.2021
11 fevral, Fineko/abc.az. Fevralın 17-dən Rusiyanın “Pegas Fly” şirkəti Nijni Novqoroddan Bakıya reyslərə başlayacaq.
ABC.AZ-ın məlumatına görə, reyslər Nijni Novqorodun “Striqino” aeroportundan fevralın 17-dən martın 24-dək planlaşdılır. Uçuşlar çərşənbə günləri yerinə yetiriləcək.
Bundan başqa, 2021-ci ilin mart ayında Rusiyanın “Ural Hava Yolları” şirkəti Yekaterinburqdan Azərbaycana reysləri bərpa etməyi planlaşdırır.
12 Avqust 2026