Dollar ucuzlaşa bilər – Amerikalı sərmayəçidən proqnoz

11:25 - 10.02.2021


10 fevral, Fineko/abc.az. ABŞ-ın nüfuzlu sərmayeçilərindən olan  Stanley Druckenmiller dolların yaxın zamanlarda ucuzlaşacağı ilə bağlı proqnoz verib.

ABC.AZ-ın məlumatına görə, o ABŞ-da hökumət kəsirlərinin əvvəlki 5 böhrandakının cəmindən daha böyük olduğuna işarə edib.

Son 30 ildə illik müqayisədə təxminən 30% gəlir təmin edən sərmayəçi, ABŞ-da pul təklifinin 2018-dən bu yana nominal ÜDM-dən 25% daha çox artdığını qeyd edib.

O bütün bunların dolların ucuzlaşmasına təsirsiz ötüşməyəcəyini proqnozlaşdırır.

Müəllif: Elmir Murad