Bitcoin kəskin bahalaşdı – Səbəb

10:13 - 9.02.2021


9 fevral, Fineko/abc.az. "Tesla" şirkətinin ABŞ sərmayə bazarlarını tənzimləyən rəsmi orqana 1,5 milyard dollarlıq "Bitcoin" aldığını bildirməsindən sonra elektron pulun  qiymətləri rekord qırır.

ABC.AZ xəbər verir ki, artıq "Bitcoin"-in qiyməti 47 min dollar səviyyəsini də keçib.

Bakı vaxtı ilə saat 09:35-də 47014 dollar ətrafından əməliyyat olunub.

Müəllif: Elmir Murad