Hesablama Palatasının sədri onlayn görüşdə tapşırıq verdi – Detallar

15:39 - 8.02.2021


8 fevral, Fineko/abc.az. Hesablama Palatası sədrinin iştirakı ilə bu il yanvarın 5-də imzalanmış həmkar qiymətləndirilməsi çərçivəsində görülmüş işlərlə əlaqədar Türkiyə Hesablama Məhkəməsinin nümayəndələri arasında videokonfrans formatında görüş keçirilib.

ABC.AZ xəbər verir ki, Hesablama Palatası tərəfindən aparılmış uyğunluq, maliyyə və performans (səmərəlilik) auditlərinin praktik aspektlərinin qiymətləndirilməsi çərçivəsində hər üç audit istiqaməti üzrə müəyyən edilib, ümumilikdə 9 audit hesabatlarının ali audit qurumlarının beynəlxalq audit standartlara (ISSAI) uyğunluğunun incələndiyi qeyd olunub.

Hesablama Palatasının sədri Vüqar Gülməmmədov saziş çərçivəsində həmkar qiymətləndirilməsinin əhəmiyyətini vurğulayaraq növbəti mərhələ kimi qeyd olunan audit materiallarının dəyərləndirilməsi üzrə yekun hesabatın hazırlanması ilə bağlı tapşırıq verib.