16:36 - 5.02.2021
5 fevral, Fineko/abc.az. Tarif Şurasının qərarına əsasən 01 fevral 2021-ci il tarixindən içməli su və tullantı su xidmətlərindən istifadəyə görə hesabatlar yeni tariflərlə aparılır. Yeni tariflərin tətbiq olunması mexaniki sayğacların oxunması və hesablamaların aparılması məsələsini də gündəmə gətirib.
Bu barədə ABC.AZ-a “Azərsu” ASC-dən məlumat verilib.
Abonentlərin diqqətinə çatdırılır ki, mexaniki su sayğaclarında sərfiyyatın müəyyən olunması üçün “Azərsu” ASC tərəfindən xüsusi proqram təminatı hazırlanıb. Həmin proqram vasitəsilə sayğacların əvvəlki və son oxunmanın göstəriciləri əsasında orta günlük su sərfiyyatı hesablanır. Buna müvafiq olaraq əvvəlki və yeni tariflərin qüvvədə olduğu günlərin sayına uyğun hesablamalar aparılır.
Bütün hesablamalar xüsusi proqram təminatı ilə, heç bir insan amili olmadan həyata keçirilir.
12 Avqust 2026