13:37 - 28.02.2018
28 fevral, Fineko/abc.az. “Azərcell Telekom”un bazardakı payı 48% təşkil edir.
Şirkətin prezidenti Vahid Mürsəliyev bildirib ki, şirkətin xidmətləri, ölkə ərazisinin 80%-ni (20% işğal olunmuş ərazilər istisna olmaqla) və ölkə əhalisinin 99,8%-ni əhatə edir.
“Azərcell Telekom”un abunəçilərinin sayı 4,5 milyon nəfərdir”, - V.Mürsəliyev belə deyib.
Şirkətin maliyyə departamentinin rəhbəri Sərdar Yılmaz bildirib ki, “Azərcell Telekom” şirkəti, 2016-cı ildə 393 milyon manat qarşılığında, 2017-ci ildə 411 milyon manatlıq satışlar həyata keçirib.
“2017-ci ilin yekunları üzrə şirkətin mənfəəti, satışların 50%-ni təşkil edib”, - deyə S.Yılmaz bildirib.
30 İyul 2026
30 İyul 2026
28 İyul 2026
28 İyul 2026
28 İyul 2026