Yeni elektrik stansiyası tikiləcək – Müqavilə imzalandı

14:59 - 5.02.2021


5 fevral, Fineko/abc.az. Böyükşor gölündə ümumi gücü 100 kVt təşkil edən üzən günəş stansiyasının tikintisinə dair pilot layihə üzrə işlərə başlanması ilə bağlı ilk görüş keçirilib.

Energetika Nazirliyindən ABC.AZ-a daxil olan məlumata görə, görüşdə layihə üzrə satınalınma müsabiqəsinin qalibi “Gamma Solutions” şirkətinin layihə ilə bağlı iş prinsipləri, səfərbər etdiyi işçi heyəti, layihənin icra qrafiki təqdim edilib və görüləcək işlər barədə müzakirələr aparılıb.

Görüşdə müqavilə imzalanıb. Müqaviləyə əsasən stansiyanın tikintisi nəzərdə tutulub. Layihənin yerli şirkətlərlə əməkdaşlıq çərçivəsində həyata keçirilməsi planlaşdırılır.