Prezidentin təyin etdiyi yeni sədr kimdir?

14:20 - 4.02.2021


4 fevral, Fineko/abc.az. Xəbər verdiyimiz kimi Prezident İlham Əliyevin imzaladığı Sərəncamla Vüqar Əhəd oğlu Süleymanov Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri təyin edilib.

ABC.AZ-ın məlumatına görə, bu təyinata qədər V.Süleymanov Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Aparat rəhbəri olub. Ondan öncə isə sözügedən nazirlikdə baş məsləhətçi, şöbə müdiri vəzifələrini icra edib. 

Müxtəlif illərdə özəl təşkilatlarda çalışan V.Süleymanov 2002-2005-ci illərdə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdə (ANAMA) Partlamamış hərbi sursat əməliyyatları üzrə mütəxəssis kimi fəaliyyət göstərib.