12:50 - 4.02.2021
4 fevral, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) Dövlət Neft Fondunun iştirakı ilə valyuta hərracı keçirib.
AMB-nin məlumatında deyilir ki, 04 fevral 2021-ci il tarixində Mərkəzi Bankda Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilmişdir.
“Hərracda tələb 60,3 mln. ABŞ dolları təşkil etmiş və tam təmin edilmişdir”, - məlumatda belə deyilir.
Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşmışdır.
29 Avqust 2026
29 Avqust 2026
31 Avqust 2026
29 Avqust 2026
30 Avqust 2026