Azərbaycanda “Twitter” istifadəçilərinin sayı kəskin artıb - Hesabat

12:09 - 1.02.2021


1 fevral, Fineko/abc.az. Bu ilin yanvar ayında Azərbaycanda “Twitter” istifadəçilərinin fəallığı artıb.

ABC.AZ "Global Stats" statistika mərkəzinə istinadən xəbər verir ki, ölkədə sözügedən sosial şəbəkə üzrə fəallıq ötən ilin dekabr ayı ilə müqayisədə 19,6 faiz bənd artıb.

Fevralın 1-nə "Twitter"in Azərbaycanın sosial media bazarında payı 25,2% təşkil edib. Bu da ötən ilin müvafiq göstəricisindən 12 faiz bəndi çoxdur.

Müəllif: Elmir Murad