11:09 - 13.10.2017
Azərbaycan Mərkəzi Bankı növbəti depozit hərracını oktyabr ayının 16-na təyin edib.
AMB-nın məlumatında deyildiyi kimi, hərrac vasitəsilə 10,01-14,99% dərəcə üzrə 200 milyon manat cəlb etmək planlaşdırılır.
“Vəsaitlər 14 günə cəlb ediləcək”, - AMB-nın məlumatında belə deyilmişdir.
AMB-nın depozit hərracı Bloomberg-in ticarət platformasında keçirilir. Hərraclar 13 iyun 2016-cı il tarixindən etibarən keçirilir.