15:45 - 5.01.2021
5 yanvar, Fineko/abc.az. Müvəqqəti vergi rejimi pandemiyadan zərər çəkmiş ictimai iaşə fəaliyyəti sahəsini əhatə edib.
ABC.AZ Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, bu sahədə fəaliyyət göstərən sadələşdirilmiş vergi ödəyicilərinin vergi məbləği üzrə 50 faiz güzəşt verilib.
"Həmçinin ƏDV qeydiyyatında olan ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququndan istifadə ilə bağlı müraciət etmə müddəti 2020-ci ilin 1 sentyabrınadək uzadılıb. Edilmiş müraciət əsasında həmin şəxslər sadələşdirilmiş verginin ödəyicisi kimi fəaliyyət göstərir və təqdim edilən mallara və xidmətlərə müvəqqəti vergi rejiminin müddəaları tətbiq edilir. Müvəqqəti vergi rejiminin müddəti 2021-ci il yanvarın 1-də başa çatıb. Məlumatın təqdim edilməsi sadələşdirilmiş vergi ödəyiciləri tərəfindən ƏDV-si əvəzləşdirilməyən malların təqdim edilməsi zamanı yenidən ƏDV-yə cəlb edilməməsi, yəni eyni mala görə 2 dəfə ƏDV-nin ödənilməsi yükünün vergi ödəyicisinin üzərində qalmaması məqsədini daşıyır. Təqdim edilən məlumatda göstərilən malların sonradan təqdim edilməsi, o cümlədən ictimai iaşə xidmətlərinin tərkibi kimi silinməsi ƏDV tutulan dövriyyə hesab edilməyəcəkdir" deyə Dövlət Vergi Xidmətindən bildirilib.
19 Avqust 2026
19 Avqust 2026
18 Avqust 2026