Real iqtisadi artım tempinin baza ssenarisi 3.4% olacaq – Gələn il

10:25 - 29.12.2020


29 dekabr, Fineko/abc.az. Xəbər verdiyimiz kimi Mərkəzi Bank gələn illə bağlı bəzi proqnozları açıqlayıb.

ABC.AZ-ın məlumatına görə, 2021-ci ildə real iqtisadi artım tempinin baza ssenarisi üzrə 3.4%, o cümlədən qeyri-neft sektoru üzrə 3.1% olacağı gözlənilir.

"Xarici tələbin bərpası prosesinin başlanması, eləcə də təxirə salınmış tələb hesabına daxili tələbin bərpası iqtisadi artımın bərpası proqnozunun əsasında dayanır. Makroiqtisadi sabitliyin qorunması 2021-ci ildə iqtisadi artımın öz potensialına yaxınlaşmasına şərait yaradan əsas amillərdən biri olacaq. Kontr-tsiklik makroiqtisadi siyasət və işğaldan azad olunmuş ərazilərdə bərpa işlərinin başlanması da 2021-ci ildə iqtisadi artımın əsas drayverlərini canlandıracaq" deyə ölkənin əsas Bankının açıqladığı proqnoz tipli məlumatda qeyd olunub.

Müəllif: Elmir Murad