Gələn il iqtisadi aktivlik tədricən bərpa olunacaq – Proqnoz

10:08 - 29.12.2020


29 dekabr, Fineko/abc.az. Baza ssenari üzrə proqnozlar növbəti ildə Azərbaycanda xarici və daxili balans göstəricilərinin 2020-ci ilə nəzərən yaxşılaşacağını göstərir.

ABC.AZ-ın məlumatına görə, bu, Mərkəzi Bankın 2021-ci il üçün pul və maliyyə sabitliyi siyasətinin əsas istiqamətləri barədə Bəyanatında bildirilir.

Qeyd edilib ki, 2021-ci ildə pandemiya ilə vəziyyət, neftin dünya bazarında qiymətinin dinamikası, OPEC+ anlaşmasının perspektivləri, ticarət tərəfdaşlarında gedən proseslər, idxalın dinamikası, Azərbaycanın xarici balansına təsir göstərən əsas amillər olacaqdır.

2021-ci ildə Azərbaycan iqtisadiyyatının real sektorunda iqtisadi aktivliyin tədricən bərpa olunacağı proqnozlaşdırılır.

Müəllif: Elmir Murad