11:54 - 28.12.2020
28 dekabr, Fineko/abc.az. Qanunsuz rayonlararası sərnişindaşıma fəaliyyəti ilə məşğul olan mikroavtobuslar aşkar edilib.
DİN-dən ABC.AZ-a daxil olan məlumata görə, dekabrın 26-da Bakı-Qazax yolunun 65-ci kilometrliyində karantin rejimi ilə əlaqədar qurulmuş postda Ucar rayon sakini S.Rəhimovun, Tərtər rayon sakini E.Qurbanovun və Tovuz rayon sakini Ə.Məmmədhəsənovun idarə etdikləri “Mercedes” markalı 3 mikroavtobus saxlanılıb.
Araşdırmalarla onların qanunsuz olaraq rayonlararası sərnişindaşıma fəaliyyəti ilə məşğul olmaları müəyyən edilib. Hər üç sürücü barəsində protokollar tərtib edilib.
8 Avqust 2026
8 Avqust 2026
7 Avqust 2026