17:08 - 25.12.2020
25 dekabr, Fineko/abc.az. Xəbər verdiyimiz kimi bu gün Milli Məclisin plrenar iclası keçirilib.
ABC.AZ-ın məlumatına görə, iclasda gələn ilin dövlət büdcəsinin xərcləri 28 543,0 milyon manat (ÜDM-də xüsusi çəkisi 37,7 %) proqnozlaşdırılır ki, bu da 2020-ci ilə nisbətən 1050,8 milyon manat və yaxud 3,8% çoxdur.
Bu həm də 2019-cu ilin icra göstəriciləri ilə müqayisədə 4 117,1 milyon manat və yaxud 16,9 % çoxdur. Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib.
Müəllif: Elmir Murad