Gələn ilin dövlət büdcəsi qəbul olundu

17:04 - 25.12.2020


25 dekabr, Fineko/abc.az. 2021-ci il dövlət büdcəsinin gəlirləri 25 427,0 milyon manat nəzərdə tutulur.

ABC.AZ-ın məlumatına görə, bu Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılıb.

İclasda qeyd olunub ki, bu da ÜDM-in 33,6 %-i həcmində olmaqla, 2020-ci ilin proqnozu ilə müqayisədə 1 303,0 milyon manat və yaxud 5,4 %, 2019-cu ilin icra göstəriciləri ilə müqayisədə 1 208,9 milyon manat və yaxud 5 % çoxdur. Qeyd edək ki, müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib.

Müəllif: Elmir Murad