15:30 - 24.12.2020
24 dekabr, Fineko/abc.az. Əvvəlki illərlə müqayisədə ilk dəfə olaraq qeyri-neft sektoruna aid edilən digər mənbələr - Mərkəzi Bankın mənfəətindən 250 milyon manat məbləğində ayırmalar və dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondundan transfer 880 milyon manat vəsait büdcə gəlirlərinin tərkibində nəzərdə tutulub.
ABC.AZ xəbər verir ki, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisdəki müzakirə zamanı deyib.
O qeyd edib ki, dövlətin xərclərinin real sektordan yığılan vergi və digər icbari ödənişlər hesabına qarşılanması dərəcəsi, paralel olaraq xərclərin çəkilməsində neft gəlirlərindən asılılığın azaldılması bütün gəlirlərin mobilizasiyasını labüd edir.
"Beynəlxalq maliyyə təşkilatları tərəfindən artıq gəlirlərin orta müddətə mobilizasiyasının aktuallığı qeyd olunub, bu istiqamətdə strategiyanın hazırlanması tövsiyə edilib" deyə V. Gülməmmədov qeyd edib.
Müəllif: Elmir Murad
18 Avqust 2026
18 Avqust 2026
18 Avqust 2026
18 Avqust 2026
17 Avqust 2026