14:15 - 24.12.2020
24 dekabr, Fineko/abc.az. Azərbaycan 2024-cü ildə 2 960,8 kq qızıl filizləri və konsentratları istehsal edəcək.
ABC.AZ-ın məlumatına görə, bu büdcə zərfinə daxil olan "Azərbaycan Respublikasının 2021-ci il və növbəti 3 il üçün iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri"ndə qeyd olunub.
Sənəddə bildirilir ki, bu da 2021-ci ilin proqnoz göstəricisi ilə müqayisədə 21,5% azdır.
Proqnoza əsasən, 2021-ci ildə Azərbaycanda 3 770,9 kq qızıl filizləri və konsentratları istehsal ediləcək. 2022-ci ildə bu göstərici 3 699,6 kq, 2023-cü ildə isə 3 502 kq təşkil edəcək.