12:05 - 23.12.2020
23 dekabr, Fineko/abc.az. İlin sonuna iqtisadiyyatımızın 4%-dək kiçilməsi gözlənilir.
ABC.AZ-ın məlumatına görə, bunu Milli Məclisin İqtisadiyyat, sənaye və sahibkarlıq komitəsinin 2021-ci il büdcə zərfi ilə bağlı keçirilən iclasında Maliyyə naziri Samir Şərifov deyib.
Nazir 2020-ci ildə pandemiyanın insanlara təsirinin ardan qaldırılması üçün genişmiqyaslı tədbirlərin həyata keçirildiyini bildirib.
O qeyd edib ki, 2021-ci ildə işğaldan azad olunmuş ərazilərdə həyata keçiriləcək vacib tədbirlər var.
"Eyni zamanda dövlət sərhədlərinin bərpası üçün də vəsaitlər nəzərə alınıb. 2021-ci il və sonrakı 3 il üçün dövlət və icmal büdcə layihələri “Büdcə sistemi haqqında” qanuna uyğun şəkildə qurulub. Prezidentin müəyyən etdiyi qeyri-neft sektorunun inkişafı və s. əsas götürülüb" deyə nazir bildirib.
17 Avqust 2026
17 Avqust 2026
15 Avqust 2026