Gələn il cari əməliyyatlar hesabının profisiti artacaq – 8 dəfədən çox

15:46 - 22.12.2020


22 dekabr, Fineko/abc.az. 2021-ci ildə Azərbaycanın cari əməliyyatlar hesabının profisitinin 104,8 milyon ABŞ dolları və ya proqnozlaşdırılan ÜDM-in 0,2%-ni təşkil edəcəyi proqnozlaşdırılır.

ABC.AZ-ın məlumatına görə, bu, "Azərbaycan Respublikasının 2021-ci il və növbəti 3 il üçün iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri"ndə öz əksini tapıb.

Sözügedən sənəddə qeyd olunub ki, 2022-ci ildə ölkənin cari əməliyyatlar hesabının profisitinin 8,1 dəfə artaraq 847,9 milyon dollara və ya ÜDM-in 1,8%-nə çatacağı gözlənilir. 2023-cü ildə sözügedən göstəricinin artıq 1 milyard 950 milyon dollara (ÜDM-in 3,8%-i), 2024-cü ildə isə 2 milyard 408 milyon dollara (ÜDM-in 4,5%-i) bərabər olacağı güman edilir.

Müəllif: Elmir Murad