15:41 - 21.02.2018
21 fevral, Fineko/abc.az. 2017-ci ilin yekununda manatın dollara qarşı məzənnəsi 4% möhkəmlənmişdir, ilin ikinci rübündən isə manatın məzənnəsi əlavə möhkəmlənmə təzyiqləri altında olmuşdur.
Azərbaycan Mərkəzi Bankının (AMB) pul siyasətinə dair icmalına əsasən, 2017-ci ildə valyuta bazarının həcmi azalıb, çünki dollarla keçirilən əməliyyatlar 5,8%, avro ilə isə keçirilən əməliyyatlar 5,4% azalıb.
“Hesabat dövrü ərzində valyuta bazarında əməliyyatların 83%-i ABŞ dollarında, 17%-i digər valyutalarda aparılmışdır. Valyuta əməliyyatlarının 24%-i banklararası valyuta bazarında (BVB), 76%-i isə bankdaxili valyuta bazarında (BDVB) reallaşdırılmışdır”, - icmalda belə deyilir.
İcmalda qeyd edilmişdir ki, 2016-cı il ərzində 445,4 mln. dollar, 2017-ci ildə 26,5 mln. valyuta satılmışdır ki, bu da manatın məzənnəsinin sabitliyi ilə əlaqədardır.
27 İyul 2026