Gələn il inflyasiya belə olacaq – Proqnoz

15:21 - 18.12.2020


18 dekabr, Fineko/abc.az. Xəbər verdiyimiz kimi Mərkəzi Bank uçot dərəcəsini açıqlayıb, o cümlədən inflyasiya proqnozlarını yeniləyib.

ABC.AZ-ın məlumatına görə, dekabrda yenilənmiş proqnozlarda inflyasiyanın 2020-ci ilin sonuna 3% ətrafında, 2021-ci ilə isə 3.5-4% diapozonunda formalaşacağı gözlənilir.

Qeyd edək ki, oktyabrda yenilənmiş proqnozlara görə, inflyasiyanın 2020-ci ilin sonuna 2.8-3%, 2021-ci ilə isə 3.6-4% diapozonunda qalacağı gözlənilirdi.

Müəllif: Elmir Murad