11:43 - 17.12.2020
17 dekabr, Fineko/abc.az. Beynəlxalq Valyuta Fondu Erməniatanla bağlı bədbin proqnoz verərək, ÜDM-in 7,3% azalacağını açıqlayıb.
ABC.AZ-ın məlumatına görə, BFV bu il Ermənistanda ÜDM istehsalının 1 mlrd. dollardan çox azalaraq 12,663 mlrd. dollara enəcəyinin gözlənildiyini açıqlayıb.
Müqayisə üçün qeyd edək ki, BVF-in verdiyi məlumata görə, 2019-cu ildə Ermənistanda ÜDM istehsalı 13,673 mlrd. ABŞ dolları təşkil edib. İşsizliyə gəldikdə, bu il Ermənistanda bu göstəricinin 24,1% səviyyəsində olacağı gözlənilir ki, bu da tarixi rekord sayıla bilər. Ötən il sözügedən göstərici 18,9%-ə bərabər idi.
Müəllif: Elmir Murad
20 Avqust 2026
20 Avqust 2026
20 Avqust 2026
18 Avqust 2026
17 Avqust 2026