Qızıl istehsalı azalıb, gümüş isə artıb – 11 ayın nəticəsi

17:31 - 16.12.2020


16 dekabr, Fineko/abc.az. Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda 3 303 kq qızıl, 4 005,4 kq gümüş istehsal edilib.

ABC.AZ Report-a istinadən xəbər verir ki, qızıl istehsalı ötən ilin müvafiq dövründən 7 % az, gümüş istehsalı 5 % çox olub.

Dekabrın 1-nə 316,8 kq qızıl, 91,3 kq gümüş ehtiyatı yaranıb.