AzerGold indiyədək 35 milyon manat həcmində mənfəət qazanıb – Hesabat

17:30 - 14.12.2020


14 dekabr, Fineko/abc.az. “AzerGold” QSC-nin fəaliyyəti nəticəsində indiyədək ölkə iqtisadiyyatına 527 milyon manatdan çox vəsait cəlb edilib.

ABC.AZ xəbər verir ki, “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin 3 il ərzində 213,4 min unsiyadan çox qızıl, 372,7 min unsiyadan çox gümüşün satışından ölkə iqtisadiyyatına 527,3 milyon manat vəsait cəlb edilib.

Bu vəsaitin 39,3 milyon manatı vergi və sosial köçürmələr şəklində dövlət büdcəsinə ödənilib.Bu illər ərzində 35 milyon manat həcmində bölüşdürülməmiş mənfəət formalaşıb.

Bu məbləğin 15 milyon manatı Cəmiyyətin nizamnamə kapitalının artırılmasına yönəldilib.

Müəllif: Elmir Murad