10:51 - 14.12.2020
14 dekabr, Fineko/abc.az. Bu ilin yanvar-noyabr aylarında Naxçıvan Muxtar Respublikasında ÜDM-in həcmi 2 milyard 556 milyon 981,8 min manat təşkil edib.
Naxçıvan Dövlət Statistika Komitəsindən ABC.AZ-a daxil olan məlumata görə, bu ötən ilin eyni dövrünə nisbətdə 1% artım deməkdir.
Hesabata əsasən, Naxçıvan əhalisinin hər nəfərinə düşən ÜDM-in həcmi 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 2% artaraq 5 550,2 manat təşkil edib. Muxtar Respublikada yaranan ümumi daxili məhsulun tərkibində ilk yeri sənaye sahəsi tutur.
Bu ilin yanvar-noyabr aylarında sənaye üzrə 967 milyon 182,3 min manat dəyərində məhsul istehsal edilib ki, bu da 2019-cu ilin müvafiq dövrünün göstəricini 1,5% üstələyib.
Müəllif: Elmir Murad
18 Avqust 2026