Türkiyədə tədiyyə balansı əməliyyatlarında kəsir yaranıb – Böyük məbləğ

12:08 - 11.12.2020


11 dekabr, Fineko/abc.az. Türkiyə Mərkəzi Bankı oktyabr ayına olan tədiyyə balansı statistikalarını açıqlayıb.

ABC.AZ-ın məlumatına görə, oktyabrda sözügedən əməliyyatlar üzrə qardaş ölkədə 273 milyon dollar kəsir yaranıb.

12 aylıq cari kəsir rəqəmi isə 33,8 milyard dollara yüksəlib. Qeyd edək ki, bir müddət əvvəl iqtisadçılar  oktyabrda tədiyyə balansında 100 milyon dollar kəsir olacağını proqnozlaşdırmışdılar.

Realda isə kəsir proqnozları üstələyib.

Müqayisə üçün onu da qeyd edək ki, sentyabrda kəsir 2,36 milyard dollar təşkil etmişdi.

Müəllif: Elmir Murad