11:52 - 3.12.2020
3 dekabr, Fineko/abc.az. Noyabrda Türkiyədə istehlakçı qiymətləri indeksində ötən ilin eyni dövrü ilə müqayisədə 14,03% artım qeyd edib.
ABC.AZ xəbər verir ki, bu Türkiyə Statistika Komitəsinin açıqlamasında vurğulanıb. Komitədən bildirilib k, istehlakçı qiymətləri indeksi aylıq müqayisədə 2,3% artıb.
Hesabata əsasən, noyabrda illik inflyasiya 2020-ci ilin ən yüksək səviyyəsində reallaşıb.
Qeyd edək ki, iqtisadçıların proqnozu qiymətlərdə illik 12,7%, aylıq 1,1% artım olacağı istiqamətində idi.
Müəllif: Elmir Murad
17 Avqust 2026
17 Avqust 2026
15 Avqust 2026