15:04 - 24.11.2020
24 noyabr, Fineko/abc.az. Azərbaycanda qızıl, gümüş və mis hasilatı ilə məşğul olan Böyük Britaniyanın "Anglo-Asian Mining Plc." şirkəti “Gədəbəy” yatağı ilə bağlı proqnozunu yeniləyib.
ABC.AZ report-a istinadən xəbər verir ki, yatağın 2020-ci maliyyə ili ilə bağlı qızıl hasilatı proqnozu 72 min unsiyaya qədər artırılıb. Şirkətin oktyabrın 14-də açıqladığı proqnoza əsasən, bu rəqəm 68 min unsiya təşkil edirdi.
Şirkətin gözləntilərinə görə, 2020-ci ildə satış həcmləri 100 milyon ABŞ dollarına çatacaq.
18 Avqust 2026