Azad olunmuş ərazilərdə bərpadan sonra məhsul istehsalı 8 dəfəyə yaxın artacaq - Deputatdan proqnoz

14:19 - 23.11.2020


23 noyabr, Fineko/abc.az. Ötən il Yuxarı Qarabağ iqtisadi rayonu 637 milyon 70 min manat, o cümlədən Ağdam 172 milyon 934 min manat, Füzuli 138 milyon 652 min manatlıq məhsul istehsal edib.

ABC.AZ-ın məlumatına görə, bunu millət vəkili Vüqar Bayramov işğaldan azad olunmuş torpaqlarımızın iqtisadi potensialını analiz edərkən bildirib.

O qeyd edib ki, 4 rayonu əhatə edən Kəlbəcər-Laçın iqtisadi rayonunda isə cəmi 97 milyon 838 min manatlıq məhsul istehsal olunub. "Bu istehsal da həmin rayonlardan bəzisinin bizim nəzarətimizdə olan yaşayış məntəqələrində və respublikanın digər bölgələrində məskunlaşan idarə və müəssisələri hesabına baş verib. 7 rayonumuzun cəmləşdiyi Yuxarı Qarabağın ölkə iqtisadiyyatının əsas sahələri üzrə məhsul buraxılışında xüsusi çəkisi 0.7, Kəlbəcər- Laçın iqtisadi rayonun isə cəmi 0.1 faizdir. Bu o deməkdir ki, uzun müddət işğal altında qalan böyük ərazilərimizin ümümi iqtisadiyyatda payı heç bir tam rəqəmlədə ifadə olunmayb. Qeyd edim ki, Xaçmaz rayonu bütün işğal altında olan bütün rayonlarmız qədər məhsul istehsal edib. Bəzi rayonlarımız hətta daha çox istehsala imza atıb. Artıq işğaldan azad olunan ərazilərimizin mövcud potensialını nəzərə alsaq bərpa mərhələsindən sonra qısa zamanda həmin rayonlarımızda məhsul istehsalının 8 dəfəyə yaxın artacağı proqnozlaşdırılır" deyə deputat qeyd edib. 

Müəllif: Elmir Murad