11:47 - 19.11.2020
19 noyabr, Fineko/abc.az. Bu ilin 10 (yanvar-oktyabr) ayında toxuculuq sənayesi, geyim, dəri və dəridən məmulatların, ayaqqabıların istehsalı sahələrində 378 milyon manatlıq məhsul istehsal edilib.
ABC.AZ xəbər verir ki, bu Dövlət Statistika Komitəsinin hesabatında qeyd olunub.
Əvvəlki ilin eyni dövrü ilə müqayisədə geyim istehsalında 33,7 faiz, toxuculuq sənayesində 6,1 faiz, dəri və dəridən məmulatlar, ayaqqabıların istehsalında isə 7,9 faiz artım müşahidə olunub.
Müəllif: Elmir Murad
17 Avqust 2026
17 Avqust 2026
15 Avqust 2026