Ermənilər 35 min hektara yaxın üzüm və meyvə bağlarını məhv edib – Nazir müavini

16:47 - 18.11.2020


18 noyabr, Fineko/abc.az. Azərbaycanın işğaldan azad olunan ərazilərinin inkişaf etdirilməsi çoxsaylı və müxtəlif sektorları əhatə edəcək.

ABC.AZ xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov deyib.

Nazir müavini qeyd edib ki, bunların siyahısı geniş olduğundan bir sıra qrup ardıcıllıqla sektorlar üzrə ayırd olunmalıdır.

N.Səfərov qeyd edib ki, işğal altında olan torpaqlarda 7 rayon mərkəzi, 6 şəhər, 12 qəsəbə, 830 kənd, 700 xəstəxana və tibb müəssisəsi, 6 dövlət teatrı, 368 klub, 85 musiqi məktəbi, 600 sənaye, kənd təsərrüfatı və s. müəssisələri dağıdılıb, talan və məhv edilib.

"1 mln. hektardan çox kənd təsərrüfatı sahəsi, o cümlədən təxminən 128 min suvarılan torpaq, 35 min hektara yaxın üzüm və meyvə bağları məhv edilərək dövriyyədən çıxarılıb" deyə nazir müavini bildirib.