11:38 - 12.10.2017
Bakı Ali Neft Məktəbinin “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisasında təhsil alan 5 tələbə təhsillərini Yunanıstanda davam etdirəcək.
“Erasmus+” tələbə mübadiləsi proqramları çərçivəsində sözü gedən ixtisasın AM-14.1 qrup tələbələri arasında keçirilmiş müsahibə, tələbələrin ümumi orta müvəffəqiyyət göstəricisi və müstəqil şəkildə əlavə tədris materiallarını mənimsəmə qabiliyyəti göstəricilərinə görə, 5 tələbə - Şükürlü Mədinə, Hacıbalayeva Gülşən, İbrahimov Eltun, Qarazadə Rəmziyyə və Baxşılı Əmiraslan Yunanıstanın Pirey Tətbiqi Elmlər Universitetində 2017/2018-ci tədris ilinin payız semestrində təhsil almaq şansı əldə ediblər.
Bu tələbələrin həm təhsillərinin, həm də öz dünyagörüşlərinin daha da təkmilləşməsinə, o cümlədən Azərbaycanla Yunanıstan arasında mövcud əməkdaşlığın elm və təhsil sahəsində daha da möhkəmlənməsinə xidmət edəcək.
25 Sentyabr 2026
24 Sentyabr 2026
24 Sentyabr 2026
24 Sentyabr 2026
24 Sentyabr 2026
22 Sentyabr 2026
22 Sentyabr 2026
23 Sentyabr 2026