Azərbaycan və Türkiyə yükdaşımaları daha da artıracaq – Müzakirə

15:53 - 12.11.2020


12 noyabr, Fineko/abc.az. İqtisadiyyat naziri Mikayıl Cabbarov və Türkiyənin Ticarət naziri Ruhsar Pekcan arasında onlayn formatda görüş keçirilib.

ABC.AZ-ın məlumatına görə, görüşdə iqtisadi-ticarət əlaqələrimizin genişləndiyi, Azərbaycan və Türkiyə regional və beynəlxalq əhəmiyyətli enerji və nəqliyyat layihələrini uğurla həyata keçirdiyi bildirilib.

Bununla belə, iki qardaş ölkə arasında iqtisadiyyatın bir çox sahələrində, o cümlədən investisiya, enerji, sənaye, nəqliyyat, İKT, kənd təsərrüfatı, ticarət, təhsil və s. sahələrdə əməkdaşlığın inkişafı imkanları geniş olması vurğulanıb. Bildirilib ki, son dövrlərdə Azərbaycan ərazisindən keçməklə Türkiyədən Asiyaya və əks istiqamətdə daşınan tranzit yüklərin həcmində əhəmiyyətli artım müşahidə edilir və yükdaşımaların daha da artırılması üçün birgə səylər göstəriləcəkdir.